Onlayn ictimai-siyasi qəzet
Rusiya ehtiyat edir ki, Ermənistanın Avropaya dərinləşən inteqrasiyası onun hava məkanını Rusiya təyyarələri üçün bağlaya bilər.
Musavat.com xəbər verir ki, bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPİEF) sessiyasında çıxış edən Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.
O, Avropa İttifaqını nümunə gətirib: "Baxın, hazırda bizim Avropa İttifaqı ilə heç bir hava əlaqəmiz yoxdur. Avropa İttifaqı səmalarını Rusiya təyyarələrinin üzünə bağlayıb. Ermənistan da səmalarını bağlayacaq?
Yaxşı, Avropa Birliyinə daxil olsanız, bəli, çünki Brüssel sizə səmanı bağla deyəcək, sən də səmanı bağlayacaqsan, başqa çarən qalmayacaq. Bəs nə? Buna məhəl qoymamaq və bu məsələlər haqqında düşünməmək olmaz. Biz bu barədə düşünürük, qiymətləndiririk”.
Musavat.com
05 Avqust 2025
02:23 Netanyahunu məhkəməyə verən baş prokuror vəzifədən azad edildi – Ali Məhkəmə qərarı dayandırdı
04 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ