Onlayn ictimai-siyasi qəzet
"Axios" portalı ABŞ-ın eks-lideri Co Baydenin keçmiş xüsusi prokuror Robert Heyrlə məxfi sənədlərin düzgün saxlanmaması işi ilə bağlı söhbətinin 5 saatlıq audio yazısını dərc edib.
Musavat.com xəbər verir ki, danışığın stenoqramı əvvəl yayınlanmışdı, lakin səs yazısında keçmiş dövlət başçısının 2023-cü il oktyabrın 8 və 9-da dəfələrlə danışığına fasilə verdiyi və prokurorun suallarını tutarsız cavablandırdığı görünür.
Bayden vitse-prezident olduğu vaxt və oğlunun ölümü ilə bağlı tarixləri xatırlamaqda çətinlik çəkib. O, həmçinin etiraf edib ki, ola bilsin, gizli sənədləri "gələcək nəsillər üçün" saxlamaq istəyib.
Bundan əlavə, məxfi sənədlər haqqında soruşduqda, o, Monqolustana səfərini təsvir etməyə başlayıb. Müsahibənin əvvəlində eks-prezident zarafat edir: "Mən gənc oğlanam".
Sorğu zamanı Baydenin yaddaşında problem olduğu aşkarlanıb. Onun administrasiyası bu cür məlumatların açıqlanmasının gələcəkdə oxşar araşdırmalara mane olacağını iddia edərək qeydləri açıqlamaqdan imtina etmişdi.
Donald Tramp "Truth Social" sosial şəbəkəsində səs yazısının yayımlanmasına keçmiş prezidenti növbəti dəfə sərt şəkildə tənqid edərək cavab verib:
"Ən böyük cinayət 2020-ci il prezident seçkilərinin saxtalaşdırılmasıdır! Mən (MAGA!) milyonlarla səslə seçkini qazandım və bunu hamı bilir".
MAGA (Make America Great Again) 2016-cı il seçki kampaniyasında Trampın əsas siyasi şüarı idi.
Musavat.com
18 May 2025
17 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ