Onlayn ictimai-siyasi qəzet
Bəhreyn hakimiyyəti İranın ABŞ-a qarşı mümkün cavab reaksiyasını nəzərə alaraq ölkənin hava məkanını müvəqqəti bağlamaq qərarına gəlib.
Musavat.com xəbər verir ki, rəsmi açıqlamada təhlükəsizlik səbəbləri ön plana çəkilib və bu addımın hava nəqliyyatında riskləri azaltmaq məqsədi daşıdığı bildirilib.
Bu qərar regionda artan hərbi gərginlik fonunda verilən önləyici tədbirlərdən biridir. Bəhreynin müttəfiqləri və beynəlxalq aviasiya qurumları ilə əməkdaşlıq çərçivəsində hava məkanının nə zaman yenidən açılacağı barədə əlavə məlumat veriləcək.
Musavat.com
24 Iyun 2025
23 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ