Onlayn ictimai-siyasi qəzet
İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan istintaq çərçivəsində yeni bir əməliyyat mərhələsinə start verilib.
Musavat.com xəbər verir ki, son əməliyyatda İBB-nin Mətbuat, Yayım və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Taner Çətin də daxil olmaqla ümumilikdə 22 nəfərin həbs olunması barədə qərar çıxarılıb.
Məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən həmin şəxslərlə bağlı saxlanılma və axtarış tədbirləri davam etdirilir.
İstanbul Respublika Prokurorluğu məsələ ilə bağlı yaydığı açıqlamada bildirib: “İBB əməkdaşları, müxtəlif şirkətlərin təmsilçiləri və işçiləri olmaqla 22 nəfər istintaq çərçivəsində hədəf şəxs kimi müəyyən edilib və onlar barəsində axtarış, götürmə və saxlanılma qərarları qəbul olunub”.
Xatırladaq ki, istintaqın əvvəlki – ikinci mərhələsində də aralarında Dilek Qayanın qardaşı Cevat Kaya və İBB-nin Boğaziçi rayonlaşdırma direktoru Elçin Karaoğlunun da olduğu 18 nəfər üçün həbs qərarı verilmişdi.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ