Onlayn ictimai-siyasi qəzet
Bərdədə kanalda batan 17 yaşlı qız 10 gün sonra tapılıb.
Trend-in yerli müxbirinin xəbərinə görə, 19 mart tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat verilmişdir. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışları davam etdirib.
Bu gün kanalda batan Bərdə rayon sakini 2008-ci təvəllüdlü Xəlilova Gülçin Cəfər qızı Qarabağ kanalının 2 km məsafədə aralıdan rayonun Qaraqoyunlu kəndi ərazisindən polis əməkdaşları tərəfindən tapılıb.
G.Xəlilovanın meyiti müayinə üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı rayon prokrorluğunda araşdırma aparılır.
07 Iyul 2025
06 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ