Onlayn ictimai-siyasi qəzet
“Evlilik adamı çərçivəyə salır, məhdudiyyətlər gətirir. Əsasən qadınlar üçün. Evlilikdə qadının qayğıları artır. Qadınlar hər şeyi öz üzərinə götürməməlidir. Çalışın, 70 faiz yükü kişiyə yükləyin”.
Musavat.com xəbər verir ki, bu sözləri bloger Xatirə Yüzbəyova həmkarı Nəcibə Əhmədinin yutub layihəsində deyib.
Xatirə aktyor həyat yoldaşı Taleh Yüzbəyovdan da bəhs edib.
“Boşanma ərəfəsinə gəlmisinizmi” sualına belə cavab verib:
“Talehi sevirəm. Davalarımız olub. Bir dəfə boşanmaya qərar vermişik. 12 gün ayrı qaldıq. Heç vaxt eyni layihədə yer almağı düşünmürük. Çünki “love story” çəkilişimizdə dalaşdıq, üzüyü üstünə atdım. Sonra söz verdik ki, bir də heç yerdə birlikdə çəkilməyəcəyik”.
“Xatirə üçüncü uşağı istəyirmi?” sualına isə belə cavab verib:
“İki övladımda da problem var. Danışa bilmirlər. Onları cəmiyyətə uyğunlaşdırmaq istəyirəm. Böyüsünlər, inkişaf etsinlər. Bir yaşında uşaqda problem olduğunu anladım, müalicələrə başladıq, amma nəticə görmədik. Səbəbini tapmırlar. Onları cəmiyyətə qazandırdıqdan sonra üçüncü uşaq haqqında düşünə bilərəm”.
Könül
Musavat.com
08 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ