Onlayn ictimai-siyasi qəzet
Gərginlik fonunda bir raket də kriptovalyutaya atılıb
ABŞ prezidenti Donald Trampın Yaxın Şərqdə alovları körükləməsinin qlobal bazarlarda yaratdığı şok getdikcə artır. ABŞ-nin İrandakı nüvə obyektlərini hədəf almasından sonra bazarlarda investorların riskdən yayınmasını sürətləndirib.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, artan gərginliklə investorlar riskli investisiya alətlərini satmağa başlayıblar. Son zamanlar Trampın başlatdığı tarif müharibələri və artan geosiyasi risklər səbəbindən daha da volatilləşən kripto aktivləri bu dəfə Yaxın Şərqdəki son hadisələrlə kəskin dalğalanıb.
Bitcoin may ayından bəri ilk dəfə 100 min dollardan aşağı düşüb. Ötən həftəni 103 000 dollarla bağlayan bitkoin 24 saat ərzində 3,33 faiz ucuzlaşaraq 98 230 dollara enib. Aparıcı kriptovalyuta yeni həftəyə toparlanaraq 101 700 dollara çatmaqla başlasa da, ümumi bazar dəyərini itirməkdə davam edir. Ötən həftənin cümə günü 2,570 səviyyələri görən Ethereum isə satış təzyiqinin təsiri ilə 2,113 dollara düşüb. Bu enişin ardınca gələn reaksiya alışları ilə 2200 dollarlıq diapazondan yuxarı qalxsa da, yüksəliş hərəkətləri olduqca məhduddur.
Yaxın Şərqdəki gərginliyin ardınca bahalaşan qızıl qiymətləri də ötən həftə ABŞ Federal Ehtiyat Sisteminin (FED) inflyasiya ilə bağlı xəbərdarlıqları və Trampın açıqlamalarından sonra enişə doğru gedib. Qızılın unsiya qiyməti ötən həftə 1,9 faiz ucuzlaşaraq 3368 dollar olub.
Musavat.com
24 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ