İnsanlara hürriyət, millətlərə istiqlal!

Boykota görə qovulmuşdu- Yeni serialda oynayacaq - Fotolar

Müxalifətin Əkrəm İmamoğlunun həbsi ilə bağlı çağırışlarına dəstək verdiyi üçün TRT-dəki roluna son verilən məşhur aktrisa Aybüke Pusat yenidən ekranlara qayıdır.

Musavat.com xəbər verir ki, aktrisa bu dəfə özəl yayım platforması olan Now TV-də yayımlanacaq yeni bir serialda baş rolda çıxış edəcək.

Aybüke Pusatın TRT-dən uzaqlaşdırılması müxalifətin dövlət kanallarına qarşı boykot çağırışı ilə eyni dövrə təsadüf etmişdi. O, bu çağırışlara sosial mediada verdiyi dəstəklə gündəmə gəlmiş və nəticədə dövlət kanalındakı layihəsindən uzaqlaşdırılmışdı.

İndi isə Pusatın yeni layihə ilə Now TV-də tamaşaçı qarşısına çıxacağı xəbəri sənət və media dairələrində diqqətlə qarşılanıb. Serial haqqında ətraflı məlumat hələlik açıqlanmasa da, Aybüke Pusatın bu qayıdışı azad mövqe nümayiş etdirən sənətçilərə verilən dəstəyin nümunəsi kimi dəyərləndirilir.

Qeyd edək ki, İmamoğlunun həbsi ilə bağlı aparılan proseslər zamanı bir çox tanınmış sima ifadə azadlığını və hüququn üstünlüyünü müdafiə edərək dövlət qurumlarının mövqeyini tənqid etmişdi. Aybüke Pusat da bu imzalardan biri olmuşdu.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR