İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Britaniya baş naziri Starmerin evini yandıran şəxs müəyyən edildi – Ukraynalı...

Böyük Britaniya mediası şok açıqlama ilə çıxış edib: Baş nazir Keir Starmerə məxsus evin yandırılması hadisəsi arxasında “düşmən xarici dövlətin” ola biləcəyi ehtimal edilir. Bu barədə “Telegraph” nəşri məlumat yayıb və öz mənbəsinə istinadən iddia edib ki, olay təkcə cinayət hadisəsi deyil, həm də siyasi motivli təxribat ola bilər.

Musavat.com xəbər verir ki, yanğın bir neçə gün əvvəl baş verib. Londonun mərkəzində yerləşən bu evdə Keir Starmer 20 ilə yaxın yaşamış, daha sonra isə Baş nazir olduqdan sonra Dauninq-stritə köçərək həmin mənzili kirayəyə vermişdi.

İngiltərə polisi təkcə bu olayı yox, eyni zamanda Starmerin adı ilə əlaqələndirilən daha iki hadisəni də araşdırır:

• 8 may tarixində Starmerin evinə yaxın ərazidə avtomobil yanmış,

• 11 mayda isə onun 1991–1997-ci illərdə yaşadığı başqa bir mənzilin qapısında yanğın qeydə alınmışdı.

Hadisələrlə bağlı aparılan araşdırma nəticəsində evin yandırılmasında şübhəli bilinən şəxs artıq müəyyən olunub. Scotland Yardın rəsmi açıqlamasına görə, bu şəxs 21 yaşlı ukraynalı Rоман Лавриновичdir. O, 13 may səhəri saatlarında saxlanılıb və məhkəmə qərarı ilə hazırda həbsdə saxlanılır.

Lavrinoviçə qarşı üç müxtəlif yanğın törətmə epizodu üzrə ittiham irəli sürülüb. Polis hesab edir ki, bu yanğınlar sadəcə maddi zərər deyil, həm də insan həyatına real təhlükə yaratmaq məqsədi daşıyıb.

Hadisənin ətrafında dolaşan əsas suallardan biri də odur ki, bu hücumların arxasında kim dayanır? Britaniya mənbələri istisna etmirlər ki, bu aktların arxasında “düşmən xarici qüvvə” dayana bilər və bu, Starmerə qarşı siyasi təzyiq forması kimi qiymətləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 May 2025

15 May 2025

BÜTÜN XƏBƏRLƏR