Onlayn ictimai-siyasi qəzet
Birləşmiş Krallıq düşmən dövlətin hücumu ehtimalına qarşı müharibə başlandığı təqdirdə görüləcək tədbirləri nəzərdə tutan yenilənmiş fəaliyyət planı hazırlayır.
Musavat.com xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, "Milli müdafiə planı" Böyük Britaniyaya qarşı ehtimal edilən aqressiya halında ilk günlərdə atılacaq addımların ardıcıllığını müəyyən edəcək.
Məqalədə qeyd olunur ki, gizli dosyedə hökumətin müharibə elanına necə reaksiya verəcəyi təsvir olunacaq.
Planda həmçinin nazirlər kabinetinin və kral ailəsinin qorunması üçün sığınacaqlar, dövlət yayımı və ehtiyatların toplanması kimi mövzular da əhatə olunacaq.
Yazıda bildirilir ki, böyük ehtimalla heç vaxt ictimaiyyətə açıqlanmayacaq bu plan bir neçə ssenarini əhatə edəcək. Bunlar arasında həm adi, həm də nüvə raketlərindən istifadə ilə Böyük Britaniyaya hücum ehtimalları var. İlk dəfə olaraq kiber müharibə ssenarisi də planlaşdırmaya daxil ediləcək. Qəzetin məlumatına görə, 2005-ci ildə hazırkı plan tərtib edilərkən kibertəhdid ciddi bir təhlükə kimi qiymətləndirilməyib.
"The Daily Telegraph" dəfələrlə qeyd edib ki, bu planın hazırlanmasının əsas səbəbi Rusiya tərəfindən hücum təhlükəsinin real olmasıdır.
Musavat.com
06 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ