İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya Qəzzanın bərpası üçün beynəlxalq konfrans təşkil edəcək

Böyük Britaniya bu həftə Qəzza zolağının yenidən qurulmasını müzakirə etmək üçün biznes nümayəndələri ilə beynəlxalq konfrans keçirəcək.

Musavat.com xəbər verir ki, məlumatı Böyük Britaniyanın baş naziri Key Starmerin ofisi yayıb. Bildirilir ki, Böyük Britaniya Qəzza üçün sülh planının növbəti mərhələsində aparıcı rol oynayacaq, o cümlədən anklavın bərpası və yenidən qurulmasına dair üç günlük konfransa ev sahibliyi edəcək: “Konfransda Almaniya, İtaliya, Səudiyyə Ərəbistanı, İordaniya və Fələstin Milli Administrasiyası da daxil olmaqla bir sıra beynəlxalq tərəfdaşlar, eləcə də özəl sektor və Avropa Yenidənqurma və İnkişaf Bankı və Dünya Bankı da daxil olmaqla, beynəlxalq inkişaf maliyyə proqramlarının nümayəndələri iştirak edəcək”.

Starmerin ofisi əlavə edib ki, tədbirdə Qəzzanın müharibədən sonrakı bərpası müzakirə olunacaq: "Müzakirələrdə Fələstin Milli Administrasiyasının transformasiyasına dəstək səyləri də müzakirə olunacaq. Yenidənqurma prosesi Fələstinin rəhbərliyi altında olacaq və HƏMAS Qəzzanın gələcək idarəçiliyində heç bir rol oynamayacaq”.

Bundan əlavə, Britaniya səlahiyyətliləri bu həftə Qəzza münaqişəsinin həlli səyləri çərçivəsində Böyük Britaniyanın xarici işlər naziri İvette Kuperin Londonda İordaniya vəliəhdi Hüseyn bin Abdulla ilə görüşəcəyini açıqlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR