İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahin Mustafayev və Aleksey Overçuk GÖRÜŞDÜ

13 oktyabrda Bakıda Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Rusiya Federasiyası Hökumətinin sədr müavini Aleksey Overçuk arasında görüş keçirilib.

Musavat.com xəbər verir ki, görüş zamanı Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri müxtəlif istiqamətlər üzrə müzakirə olunub.

Qeyd edilib ki, 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 10 faizdən çox artıb və bu müsbət dinamika cari ildə də davam edir. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə qarşılıqlı ticarət həcmi 13,5 faiz artaraq ilin ilk 8 ayında 3 milyard 350 milyon ABŞ dollarına çatıb.

2025-ci ilin 9 ayı ərzində “Şimal–Cənub” nəqliyyat dəhlizi üzrə daşımaların həcmi 8,3 faiz artıb. Bunun 10,4 faizi avtomobil nəqliyyatına, 2 faizi isə dəmir yolu nəqliyyatına düşüb.

Cari ilin 8 ayı ərzində Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı 15 faiz artıb, bunun 23 faizi meyvə-tərəvəz məhsullarının payına düşüb.

Bununla yanaşı, Bakıda keçirilmiş Azərbaycan–İran–Rusiya üçtərəfli görüşünün əhəmiyyəti vurğulanıb, aparılan danışıqların və qəbul olunan qərarların müvafiq sahələrdə əməkdaşlığın daha da güclənməsinə, hər üç ölkə və bütövlükdə region üçün faydalı olacağına əminlik ifadə edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR