İnsanlara hürriyət, millətlərə istiqlal!

Kafedra müdiri 58 yaşında müharibəyə getdi

Moskva Dövlət Universitetinin hüquq fakültəsində Cinayət Prosesi, Ədalət və Prokurorluq Nəzarəti kafedrasının müdiri, professor Leonid Qolovkonun könüllü olaraq müharibəyə getdiyi bildirilir.

Musavat.com xəbər verir ki, bu barədə MDU-nun “Tələbə Vətənpərvər Birliyi” kanalı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, 58 yaşlı Qolovko hüquq elmləri doktoru, “Femida” hüquq mükafatının (2021) laureatı və müxtəlif beynəlxalq ekspertlik fəaliyyətləri ilə tanınan şəxsdir. Kafedra müdiri postu, professor statusu, MDU-dakı elmi və idarəetmə fəaliyyəti onun nüfuzunu göstərən əsas göstəricilər hesab olunur.

Rəsmi mənbələrdə Leonid Qolovkonun müharibəyə çıxma səbəbləri açıqlanmır. Şayiələr arasında onunla bağlı xüsusi cinayət işi açılması iddiaları olsa da, onlar yayılan xəbərlərdə rədd olunur. Xəbər Rusiya mediasında böyük maraq doğurub. Jurnalistlər “könüllü vətən sevgisi”nin əsl səbəblərini araşdırırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR