İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan Ərdoğana: "O, möhtəşəm idi, çox kömək oldu"

ABŞ Prezidenti Donald Tramp İsrailə səfəri zamanı jurnalistlərin Qəzzadakı vəziyyət və sülh planı ilə bağlı suallarını cavablandırarkən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan barədə yüksək fikirlər səsləndirib.

“Prezident Rəcəb Tayyib Ərdoğan möhtəşəm idi. Çox kömək oldu. O, hörmət olunası bir insandır. Çox güclü bir milləti və ordusu var,” – deyə Tramp vurğulayıb.

Musavat.com xəbər verir ki, Tramp bildirib ki, Qəzzada sülhün bərqərar olunması üçün müxtəlif tərəflərlə, o cümlədən Türkiyə ilə sıx təmaslar saxlanılır. Onun sözlərinə görə, Ankara bölgədə sabitliyin və humanitar vəziyyətin yaxşılaşdırılması istiqamətində mühüm rol oynayır.

ABŞ Prezidenti əlavə edib ki, regional liderlərin əməkdaşlığı olmadan Qəzzada davamlı sülhün mümkün olmayacağını anlayır və bu məsələdə Türkiyənin konstruktiv mövqeyini yüksək qiymətləndirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR