Onlayn ictimai-siyasi qəzet
Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Musavat.com Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Günəşli qəsəbəsi, Abbas Fətullayev küçəsində qeydə alınıb.
Baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 13-ü, saat 12:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Suraxanı rayonu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbi ilə çağırış daxil olub.
"Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən bir (kişi) şəxsə ilkin tibbi xidmət göstərilib və müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub", - deyə məlumatda bildirilir.
"Bentley" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Musavat.com
13 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ