Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentində hakim “Vətəndaş müqaviləsi” fraksiyasının üzvü Artur Ovannisyan İrəvanda keçirilən Şəhər Günü tədbirlərinin ölkədə yaranmış yeni ab-havanın göstəricisi olduğunu bildirib.
Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Onun sözlərinə görə, hazırkı atmosfer - küçələrdəki sakitlik, insanların əhval-ruhiyyəsi və ümumi bayram ovqatı - bir çox dünya paytaxtlarının arzulaya biləcəyi mühitdir. Deputat bu vəziyyəti ilk növbədə son dövrlərdə əldə olunmuş sülhlə əlaqələndirib.
“Sülh sayəsində çox şey dəyişib. Bu gün İrəvan həm də sabitliyin gətirdiyi rahatlığı yaşayır”, - deyə Ovannisyan qeyd edib.
Musavat.com
13 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ