İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya və Rumıniya Rusiyanı Moldovadan sıxışdırır – eks-nazir “Rusiya bizi vuracaq” deyir

Çərşənbə günü Moldova Respublikası (RM) hökuməti Daxili İşlər Nazirliyinin təklif etdiyi "Kütləvi tədbirlərin təşkili və keçirilməsi haqqında" qanun layihəsini təsdiqləyib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, layihə dəfn mərasimləri də daxil olmaqla istənilən tədbirin bütün iştirakçılarının üzərində məcburi şəxsi axtarışları nəzərdə tutur.

Bildirilir ki, baş nazir Dorin Reçan bunu Rusiyanın Moldovada sentyabrda keçiriləcək parlament seçkilərinə müdaxilə riski ilə izah edib.

Ölkə mətbuatı yazır ki, baş nazirin qorxduğu rus “casusları”ndan başqa, ölkəyə 2,75 min rumıniyalı, 1,06 min britaniyalı və 270 amerikalı daxil olub. Mİ-6-nın mütəxəssislərinin Moldovaya “Mərkəzi Seçki Komissiyasına müəyyən köməklik göstərmək” məqsədi ilə gəldiyi barədə məlumat yayılıb.

"Moldavskie Vedomosti" yazır ki, onların hamısı Moldovada diplomatik pasport pərdəsi altında ola bilər.
Moldova Respublikasının keçmiş təhlükəsizlik naziri Anatol Pluqaru Rusiya mediasına bildirib ki, Moldova hakimiyyəti parlament seçkilərinə hazırlaşır və Qərb tərəfdaşları prezident Maya Sanduya, onun partiyasının seçkilərdə qalib gəlməsi üçün kömək edir.

Pluqaru ölkənin eyni zamanda hərbiləşdirilməsindən narahatdır: "Sandu Moldovanı hərbi münaqişəyə cəlb edir. Onun Ukraynaya hərbi yüklərin tranziti üçün ölkə ərazisini açması bizi zəif vəziyyətə salır. Rusiya Moldovanı vura bilər və bu legitim olacaq".

Göründüyü kimi, sabiq nazir özü öz ölkəsisini hədəfə çıxarır, hətta bunu arzu edir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR