Onlayn ictimai-siyasi qəzet
Brüsselin Slovakiyaya enerji məsələsində lazımi təminat verməsindən sonra Avropa İttifaqının Rusiyaya qarşı növbəti 18-ci sanksiya paketi tezliklə qəbul oluna bilər.
Musavat.com xəbər ki, bu barədə “Azadlıq” radiosunun müxbiri Rikard Juzviak məlumat verib.
Onun sözlərinə görə, Bratislava iyulun 3-də Avropa Komissiyasından 2027-ci ilə qədər Rusiyanın enerji mənbələrindən mərhələli şəkildə uzaqlaşması ilə bağlı zəmanət alıb: “Bu, tezliklə Rusiyaya qarşı növbəti sanksiyalar paketinin qəbuluna gətirib çıxara bilər”. Bununla yanaşı, Juzviak qeyd edib ki, Aİ səviyyəsində Ukraynanı dəstəkləyən qərarların qəbulunu həmişə ləngidən Macarıstan hələ də yeni sanksiyalar paketinə açıq etirazlarını bildirməyib.
Qeyd etmək lazımdır ki, əldə edilən kompromis sayəsində Aİ indi Rusiyaya qarşı iqtisadi təzyiqi artırmağa yönəlmiş yeni məhdudiyyətlər paketini tez bir zamanda təsdiq edə bilər.
Bundan əvvəl Macarıstan və Slovakiya Aİ-nin Rusiyaya qarşı 18-ci sanksiyalar paketini dəstəkləməmək qərarına gəliblər. Macarıstanın xarici işlər naziri Peter Siyarto daha sonra bildirib ki, belə bir qərar Aİ-nin Rusiya enerji resurslarının idxalını tədricən dayandırmaq planlarına cavab olaraq verilib.
Musavat.com
04 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ