Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Mahaçqala şəhərində ağır yol qəzası baş verib.
Piyadalar üçün keçid önündə dayanmış “Lada” markalı avtomobil hərbi BTR-in altında qalıb.
Hadisə nəticəsində yüngül avtomobilin sürücüsü dünyasını dəyişib. İlkin məlumata görə, zirehli texnikanın sürücüsü “Lada”nın dayanmasını görməyib və maşını əzib.
Yol polisi və hərbi polis əməkdaşları hadisəni araşdırır. Qəzanın detalları dəqiqləşdirilir.
Musavat.com
26 May 2025
25 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ