İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu bürcə XƏBƏRDARLIQ – HAZIR OLUN!

Astroloq Dinçer Güner Buğa bürcü nümayəndələri üçün yeni həftənin uğurlu olacağını proqnozlaşdırır.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, bu həftə ticarətlə məşğul olan buğalar üçün yeni iş əlaqələri qurmaq və gəlir əldə etmək baxımından əlverişli olacaq:

“Lakin plan qurarkən detallara diqqət yetirmək, tələsik qərarlardan çəkinmək tövsiyə olunur. Həmçinin dedi-qodular və ya anlaşmazlıqlar səbəbindən gərginlik yaşamamaq üçün ünsiyyətdə açıq olmaq vacibdir”.

Dinçer Güner bildirib ki, buğalar təhsil sahəsində müsbət xəbərlər ala bilər:

“Təhsillə bağlı layihələrinizdə Yupiterin dəstəyi ilə uğurlu addımlar ata bilərsiniz.

Həftə ərzində qısa səfərlər gündəminizə gələ bilər və bu səfərlər sizə zövq verəcək. Lakin Saturn/Neptun - Yupiter kvadratı səbəbilə uzaq səfərlər, akademik mövzular və hüquqi məsələlərlə bağlı bəzi qeyri-müəyyənliklər yaşana bilər. Bu mövzularda qeyri-müəyyənlik hissi sizi yora bilər.

Eyni zamanda, texnoloji cihazlarınızı yeniləmək istəyi yarana bilər”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR