Onlayn ictimai-siyasi qəzet
May ayının ortası kosmik baxımdan olduqca maraqlı enerjilərlə doludur. Xüsusilə həftəsonu - 17-18 may tarixlərində kainat bəzi bürclərin üzərinə öz uğur işığını salacaq.
Musavat.com xəbər verir ki, torpaq elementinin təsiri güclənəcək, praktik düşüncə və sabit addımlar daha çox ön plana çıxacaq.
Ulduzlar 3 bürcə xüsusilə dəstək verir: Buğa, Qız və Oğlaq. Bu bürcləri qarşıda sevindirici xəbərlər, gözlənilməz fürsətlər və daxili rahatlıq gözləyir.
Bəs bu günlərdə həmin bürcün nümayəndələrini nələr gözləyir? Musavat.com bu bürclər üçün nələrin dəyişəcəyini təqdim edir:
Sənin dövründəsən, Buğa! Günəş Buğa bürcündə parladıqca sən də diqqət mərkəzində olacaqsan. 17–18 may tarixlərində maddi məsələlərdə böyük bir sıçrayış edə bilərsən. Əgər yeni işə başlamağı düşünürsənsə və ya yatırım etmək fikrindəsənsə, ulduzlar səninlədir. Ətrafındakı insanlar sənə daha çox güvənəcək və səninlə əməkdaşlıq etmək istəyəcəklər. Sevgi həyatında da harmoniya və istilik ön planda olacaq.
Praktik və analitik düşüncən bu günlərdə sənə böyük üstünlük qazandıracaq, əziz Qız! 17–18 may tarixlərində yarımçıq qalan işlərini tamamlamaq və yeni planlara başlamaq üçün əla zamandır. Ulduzlar sənə diqqətli qərarlar və təmkinli yanaşmalar üçün yaşıl işıq yandırır. Sənin üçün bu günlər daha çox daxili rahatlıq və məhsuldarlıq dövrüdür. Özünə vaxt ayır, yaz, plan qur və sənə motivasiya verən işlərə fokuslan!
İradəli və məqsədyönlü Oğlaq, bu tarixlər sənin üçün “səbrin bəhrəsi” dövrü olacaq. Uzun zamandır göstərdiyin səylərin nəticəsini almağa yaxınsan. İş həyatında və ya şəxsi münasibətlərində gözlənilməz müjdələr ala bilərsən. Ayın enerjisi səni daha yumşaq və əlaqəyə açıq bir ruh halına salır. Bu da həm peşəkar, həm şəxsi həyatında yaxınlaşmaları artıracaq. Planlarını reallaşdırmaq və yeni yollar açmaq üçün fürsətləri dəyərləndir!
Musavat.com
16 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ