İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu içki qaraciyəri MƏHV EDİR – Pivə və araq deyil

Gündəlik həyatda zərərsiz kimi qəbul edilən bəzi içkilər, əslində, qaraciyər üçün son dərəcə təhlükəlidir.

Musavat.com xəbər verir ki, həkimlərin xəbərdarlığına və son araşdırmalara əsasən, xüsusilə şirinləşdirilmiş qazlı içkilər, həmçinin enerji içkiləri qaraciyər hüceyrələrinə ciddi ziyan vurur.

Mütəxəssislər bildirirlər ki, bu içkilərin tərkibində olan yüksək miqdarda fruktoza, süni dadlandırıcılar və kimyəvi qatqılar qaraciyərdə yağ yığılmasına səbəb olur. Uzun müddət istehlakı isə yağlı qaraciyər xəstəliyi, iltihablı proseslər və qaraciyər funksiyalarının zəifləməsi ilə nəticələnə bilər.

Qastroenteroloqların sözlərinə görə, insanlar alkoqolsuz içkilərin zərərsiz olduğunu düşünərək onlardan çox istifadə edirlər. Araq və pivə qədər zərərli olmasa da, qazlı və enerji içkiləri müntəzəm istifadə olunduqda qaraciyərdə bərpası çətin olan dəyişikliklərə səbəb ola bilər. Bu, xüsusilə uşaqlar və yeniyetmələr üçün daha təhlükəlidir.

Əgər qaraciyərinizi qorumaq istəyirsinizsə, şirin qazlı içkilər və enerji içkilərindən uzaq durun, təbii su, bitki çayları və şəkərsiz meyvə suları daha sağlam alternativlərdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2025

BÜTÜN XƏBƏRLƏR