İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu müharibə bitməlidir” – Tramp Putin-Zelenski görüşü üçün təşəbbüs irəli sürdü, vasitəçiliyə hazır olduğunu elan etdi

 ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna prezidentləri arasında birbaşa görüşün 2-3 ay ərzində baş tuta biləcəyini bəyan edib.

Musavat.com xəbər verir ki, bu barədə Tramp Şotlandiyaya səfəri öncəsi jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.

Tramp bildirib ki, bu görüş artıq çoxdan baş tutmalı idi: “Bu görüş baş verəcək. Amma o, üç ay əvvəl keçirilməli idi”, – deyə ABŞ lideri qeyd edib.

O, əlavə edib ki, görüş baş tutarsa, bu prosesdə şəxsən iştirak etməyə də hazırdır. Bu bəyanat Trampın Ukrayna-Rusiya münaqişəsinin həllində birbaşa vasitəçi kimi çıxış etmək niyyətini göstərən açıq siqnal kimi dəyərləndirilir.

Xatırladaq ki, daha əvvəl Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski də liderlər səviyyəsində görüş ehtimalına toxunaraq bildirmişdi ki, belə bir sammit yalnız razılaşdırılmış yekun sənədin imzalanması üçün baş tuta bilər. Onun sözlərinə görə, danışıqlara sıfırdan başlamaq mənasızdır, görüş yalnız sülh sazişinin imzalanması ilə nəticələnəcəksə, təşkil ediləcək. Trampın son açıqlaması dünya ictimaiyyətində və diplomatik dairələrdə Ukrayna müharibəsinin diplomatik yolla həllinə dair ümidlərin yenidən artmasına səbəb olub. ABŞ prezidentinin prosesdə daha fəal rol oynayacağı təqdirdə, yaxın aylarda Putin–Zelenski görüşünün İstanbuldakı platformada və ya neytral ölkədə baş tutması ehtimalı güclənir.



Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR