İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkə qiyamətə hazırlaşır – Varlıları belə qoruyacaqlar...

ABŞ qiyamətə hazırlıq işləri görür.

Bu barədə Amerika kəşfiyyat orqanlarının tərtib etdiyi məlumatda bildirilib.

Yerin altında 170-dən çox sığınacaq, hərbi baza və yaşayış sahəsi tikilib. 1998-2015-ci illər arasında 21 trilyon dolların tamamilə ictimaiyyətdən gizli şəkildə və maliyyə qeydlərində göstərilmədən xərcləndiyi və hətta okeanın altında baza qurulduğu iddia edilir. İddialar ABŞ-ın Mənzil və Şəhərsalma üzrə katibinin keçmiş müavini Ketrin Ostin Fitts tərəfindən irəli sürülür. Mövzu ilə bağlı aparılan akademik araşdırmalar da bu iddianı dəstəkləyir. Bazaların mümkün nüvə apokalipsisi və ya təbii fəlakət zamanı ölkə elitasının sağ qalması üçün tikildiyi və onların yerləşdiyi yerlər və kimin onlara giriş imkanı olduğu kimi məlumatların gizli saxlanıldığı bildirilir.

ABŞ-ın keçmiş prezidenti Corc HV Buşun (Cənab Buş) dönəmində mənzil və şəhərsalma üzrə dövlət katibinin köməkçisi vəzifəsində çalışmış Ketrin Ostin Fits çox təəccüblü iddia ilə çıxış edib. Fitts iddia edib ki, Birləşmiş Ştatlar 1998-2015-ci illər arasında ölkənin hər yerində yeraltı şəhərlər, bunkerlər, qəsəbələr və bu yaşayış məntəqələrini birləşdirən yeraltı yollar tikmək üçün 21 trilyon dollar xərcləyib. İddialara görə, tam inteqrasiya olunmuş sığınacaqlar və yeraltı şəhərlər gələcək nüvə apokalipsisindən sonra “ölkənin aparıcı elm, mədəniyyət xadimləri, siyasətçiləri və varlı adamları” kimi elitanın sağ qalması üçün tikilib.

Keçmiş dövlət katibinin müavini Fitts iddia edir ki, oxşar sığınacaqlar hətta okeanın altında da tikilib. Fittsin sözlərinə görə, dörd ştatı əhatə edən gizli yeraltı kosmos proqramı da var. Paylaşılan məlumata görə, yeraltı sığınacaqların və yaşayış məntəqələrinin qərargahı Kolorado ştatında yerləşən Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı – NORAD-dır.

Bu iddialar həm də ölkədə dövlət xərclərinin şəffaflığı ilə bağlı müzakirələrə səbəb olub./Yenisabah.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 May 2025

27 May 2025

BÜTÜN XƏBƏRLƏR