Onlayn ictimai-siyasi qəzet
“Neftçilər” dairəsində kirayə bazarı qaynar nöqtəyə çevrilib.
Musavat.com əməkdaşı dairə yaxınlığındakı əmlak bazarındakı son durumu öyrənmək üçün əraziyə baş çəkib və sakinlər arasında sorğu keçirib.
Köhnə binaların çoxluq təşkil etdiyi bu ərazidə kirayə qiymətləri son 1 ildə xeyli artıb. Sakinlər bildirirlər ki, 1 otaqlı mənzillərin kirayə qiyməti 150-200 manat, 2 otaqlı evlər 450-600 manat, 3 otaqlı isə 700-dən 1800 manata qədər təklif olunur.
“Keçən il 300 manata tutduğum evi bu il 500-ə verirlər. Metroya yaxın deyilsə, danışmaq olar, amma metro ətrafı binaların qiyməti artıq bizim cibimizə uyğun deyil”, – deyə yerli sakin Fərid Qasımov bildirir.
Ən çox çətinlik çəkənlər isə tələbələrdir. Onlar üçün münasib qiymətə ev tapmaq demək olar ki, mümkünsüz hala gəlib. Universitetə yeni qəbul olunmuş tələbələrdən biri deyir: “Uzaq kənddən gəlmişik, amma qiymətlər od tutub yanır. Valideynlərimiz bu məbləği necə ödəsin?”
Bəzi sakinlər isə xarici vətəndaşlara qarşı mənfi münasibətin artdığını deyirlər. Müsahiblərdən biri konkret hadisəni danışır: “İran vətəndaşı olan bir neçə nəfər burada ev axtarırdı. Ev sahibi onlara sərt reaksiya verdi, hətta “polis çağıraram” deyə hədələdi. Xariciyə ev vermək istəmirlər, güvənmirlər”.
Əmlakçılar isə qiymət artımını tələbin çoxalması, tələbə axını və bu ərazilərin şəhər mərkəzinə yaxınlığı ilə izah edirlər. Bir çoxlarına isə belə qiymət artımı sərf etmir.
Sultan,
Fotolar müəllifindir
Musavat.com
11 Iyul 2025
10 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ