Onlayn ictimai-siyasi qəzet
Türkiyəli aktrisa Fahriyə Evcən şiddət iddialarına sosial şəbəkə vasitəsi ilə münasibət bildirib.
Musavat.com xəbər verir ki, aktrisa "Ailə həyatına, ailə qurumuna bir az hörmətiniz olsun. İddialarla, gerçək olmayan xəbərlərlə bizi, ailəmizi tükətməyə çalışmağa davam etsələr, hüquqi addımlar atılacaq" - deyə, instaqramda paylaşım edib.
Qeyd edək ki, Burak Özçivit ilə Fahriyə Evcənin evindən münaqişə səsləri gəldiyi, tətildə də eyni halın davam etdiyi iddia olunub.
Könül,
Musavat.com
22 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ