İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənubi Koreya prezidentliyinə əsas namizəd Pxenyanla əlaqənin bərpasını təklif edir

Cənubi Koreya prezidentliyinə namizəd Li Jae-Mung Seul və Pxenyan arasında hərbi qaynar xəttin bərpa olunmasını təklif edir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bu barədə öz Facebook səhifəsində yazıb: “İqtisadiyyatı dirçəltmək və vətəndaşların həyatında sabitliyi təmin etmək üçün Koreya yarımadasının risklərini aradan qaldırmaq lazımdır. Biz vəziyyətə nəzarət edəcəyik, Koreyalararası rabitə kanallarını, o cümlədən hərbi qaynar xətti bərpa etməyə və gərginliyə səbəb olan hərəkətlərdən qarşılıqlı imtina etməyə çalışacağıq”.

Qeyd edək ki, 2023-cü ilin aprelindən KXDR Koreyalararası hərbi qaynar xətt üzrə planlaşdırılmış zənglərə cavab verməyi dayandırıb. 2023-cü ildə Şimali Koreyanın kəşfiyyat peykinin buraxılmasından sonra Seul hərbi gərginliyin azaldılması ilə bağlı 2018-ci il müqaviləsindən qismən imtina etmək qərarına gəlib. Buna cavab olaraq Pxenyan artıq bu razılaşmalara tam şəkildə əməl etməyəcəyini açıqlayıb. Koreya Respublikası da 2024-cü ilin yayında qalan müddəalara əməl etməyi dayandırıb.

"Biz Cənub və Şimal arasında dialoqu, insanların bəyəndiyi mübadilə və əməkdaşlığı inkişaf etdirməyə çalışacağıq", - siyasətçi qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 May 2025

BÜTÜN XƏBƏRLƏR