Onlayn ictimai-siyasi qəzet
Qəhvə falı əvvəllər əyləncəli vərdiş olsa da, bu dəfə ciddi böhrana səbəb olub. Belə ki, Yunanıstanda bir qadın süni intellektə qəhvə fincanının fotosunu göndərib. ChatGPT-nin xəyanət eyhamları boşanmaya səbəb olub.
Musavat.com xəbər verir ki, qadın qəhvəni içdikdən sonra fincanının fotosunu çəkərək ChatGPT-yə göndərib və aldığı fal yozumundan şoka düşüb.
Süni intellekt falı qadının həyat yoldaşının "ailəyə çox yaxın olan, adı E hərfi ilə başlayan gənc qadınla" münasibət qurmaq istədiyini bildirib.
Qadın bu şərhi doğru qəbul edib və ərini evdən qovub, uşaqlarına ondan boşanmaq qərarına gəldiyini bildirib.
Qadının əri isə həyat yoldaşının bəzən yeni tendensiyalarla maraqlandığını və son vaxtlar taleyini izah etmək üçün ChatGPT-dən istifadə etdiyini söyləyib. Bildirib ki, həyat yoldaşının əhvalını pozmaq istəmədiyi üçün bu barədə heç nə deməyib:
"Yazıda E hərfi ilə başlayan bir gənc qadını düşündüyüm və onunla münasibət qurmaq istədiyim deyilirdi. Buna güldüm, amma həyat yoldaşım bunun gerçək olduğunu düşünüb məni evdən uzaqlaşdırdı".
Qadın məhkəməyə müraciət etdikdən sonra kişinin vəkili Phoebus Stroungaris açıqlama verib. O, müvəkkilinin günahsız olduğunu və uşaqların qəyyumluğu üçün əks iddia qaldırıldığını bildirib.
Könül
Musavat.com
15 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ