İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin ABŞ-ı ticarət razılaşmalarını pozmaqda ittiham etdi  

Çin ABŞ-ın beynəlxalq ticarət razılaşmalarını pozduğunu bildirir.

Musavat.com xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi "Financial Times" nəşrinə açıqlama verib.

Nazirliyin bəyanatında qeyd olunub ki, ABŞ Cenevrədə əldə olunmuş razılaşmaları pozaraq Çinə qarşı “məhdudlaşdırıcı və ayrı-seçkilik yaradan tədbirlər” tətbiq edir. Pekin bu tədbirlərin Çin iqtisadiyyatının maraqlarına zərər vurduğunu və beynəlxalq ticarət normalarına zidd olduğunu bildirir.

İddia edilən pozuntular arasında Huawei şirkətinin çiplərdən istifadəsinə qoyulan qadağa, mikroçiplərin hazırlanması üçün proqram təminatının ixracının dayandırılması və Çinli tələbələr üçün vizaların ləğvi də yer alır.

Rəsmi Pekin bu addımları Çin Xalq Respublikasının texnoloji və təhsil potensialını zəiflətməyə yönəlmiş cəhd kimi qiymətləndirir. Çin tərəfi ABŞ-a qarşı cavab tədbirlərinin hazırlandığını bəyan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2025

03 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR