Onlayn ictimai-siyasi qəzet
Çin paytaxtında davamlı yağan leysan yağışları çoxsaylı insan tələfatına səbəb olub. Musavat.com xəbər verir ki, məlumatı Sinxua agentliyi yayıb. Məlumata görə, dünən axşam Pekində yağan güclü yağışlar nəticəsində azı 30 nəfər ölüb.
Axşamdan Pekin bələdiyyəsinin daşqınlara nəzarət qərargahı daşqın səbəbindən fövqəladə vəziyyətə ən yüksək səviyyədə hazırlıq vəziyyəti elan edib.
Bundan əvvəl Çin prezidenti Si Cinpin daşqınlar zamanı insanların can və mallarının təhlükəsizliyini təmin etmək üçün hər cür səy göstərməyə çağırıb. O bildirib ki, itkin düşənlərin hərtərəfli axtarışına ehtiyac var və sel təhlükəsi olan ərazilərdə yaşayan sakinlər dərhal köçürülməlidir.
Son günlər Çinin şərq, şimal və şimal-şərqində yağan güclü yağışlar Pekin, Hebey, Jilin və Şandunq şəhərlərində daşqınlara və çoxsaylı insan tələfatına səbəb olub.
Musavat.com
30 Iyul 2025
29 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ