İnsanlara hürriyət, millətlərə istiqlal!

Coli bunu 14 ildən sonra etdi - qar kimi "ağardı" - FOTO

Ancelina Coli 14 ildən sonra Kann Film Festivalına qayıdıb. O, 78-ci festival çərçivəsində perspektivli gənc aktyorlara təqdim olunan Chopard Trophy mükafatını təqdim edib.

Coli tədbirə Tom Fordun 2025-ci il yaz-yay kolleksiyasından olan zərif, ağ, birqollu və yırtmaçlı libasda qatılıb. Geyimini ağ qayışlı pompadılar, parıldayan göz makiyajı, uzun brilyant sırğalar və dəbli saat tamamlayıb.

Aktrisa həmçinin "Eddinqton" filminin premyerasına qatılaraq Brunello Cucinelli brendindən bir libasda qırmızı xalçada görünüb.

Bu, Colinin 2011-ci ildən - "Həyat ağacı" filminin premyerası və Bred Pittlə evli olduğu dövrdən - bəri Kann festivalına ilk gəlişidir./Milli.Az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 May 2025

BÜTÜN XƏBƏRLƏR