Onlayn ictimai-siyasi qəzet
"Radio və televiziya binalarında təhlükəsizlik tədbirlərini gücləndirin"
Musavat.com xəbər verir ki, Suriya İstihbarat Xidməti paytaxt Dəməşqə qarşı təhlükə ilə bağlı məlumat əldə etdikdən sonra bütün təhlükəsizlik qüvvələrinə təcili xəbərdarlıq göndərib.
Rəsmi açıqlamada deyilir: “Hər kəs ən yüksək səviyyədə həyəcan vəziyyətinə keçməli və bütün təhlükəsizlik tədbirləri görülməlidir. Dəməşqə qarşı real təhlükə ilə bağlı məlumat əldə etmişik. Xüsusilə radio və televiziya binalarında təhlükəsizlik tədbirlərini gücləndirin”.
Hazırda Dəməşqdə ordu və polis qüvvələri gücləndirilmiş rejimdə çalışır, strateji obyektlərə nəzarət artırılıb. Təhlükənin mənbəyi barədə əlavə məlumat verilməyib, lakin vəziyyətin kritik olduğu qeyd olunur.
Musavat.com
21 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ