Onlayn ictimai-siyasi qəzet
Senator Lindsi Qremin hazırladığı Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsi ABŞ Konqresinə iyulun 9-da təqdim ediləcək.
Musavat.com xəbər verir ki, məlumatı X sosial şəbəkəsində ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri Nyut Qinqriç yerləşdirib.
Onun sözlərinə görə, bu qanun layihəsi Rusiya rəhbəri Vladimir Putinə “güclü siqnal” verəcək: "Senator Lindsi Qremin Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə dair mühüm qanun layihəsi çərşənbə günü təqdim ediləcək. Bu, Putinə danışmaq və öldürməyin uduzma strategiyası olduğuna dair güclü siqnal verəcək çox mühüm qanun layihəsidir. Amerika xalqı yalnız məhdud müddət ərzində qatil diktatorun yalanlarına dözəcək”.
Qeyd edək ki, qanun layihəsində Rusiya neft-qazını alan ölkələrə 500 faiz rüsumun tətbiqi nəzərdə tutulub.
Xatırladaq ki, Avropa İttifaqı da Rusiyaya qarşı ən kəskin sanksiya paketi hazırlıqlarını başa çatdırmaq üzrədir.
Musavat.com
09 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ