Onlayn ictimai-siyasi qəzet
Dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu ilə xəstəxanaya yerləşdirilən aktyor Vüsal Murtuzəliyevin səhhətindən xəbər var.
Musavat.com xəbər verir ki, aktyor bu gün müalicə aldığı xəstəxanadan evə buraxılacaq. Onun müalicəsi evdə davam etdiriləcək.
Qeyd edək ki, aktyor Əməkdar artist Dilarə Əliyevanın qardaşıdır.
V. Murtuzəliyev bir neçə gün öncə xəstəxanadan bu paylaşımı etmişdi:
“Həkimin tövsiyəsiylə telefondan, internetdən bir müddət maksimum uzaq durmalıyam. Sadəcə narahatlığınızı anlayıb bu paylaşımı etməyə özümə borc bildim. Ölüm qaşla göz arasındadır. Özümə qarşı laqeyd yanaşırdım. Bəlkə də bu, bir xəbərdarlıq idi ki, məni silkələdi. Təbii ki, bundan sonra sağlamlığımla bağlı çox şeyi dəyişməli olacağam”.
Könül
Musavat.com
28 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ