Onlayn ictimai-siyasi qəzet
Misirli ağırlıqqaldıran və dünya çempionu pauerliftinqçi Əşrəf Məhəmməd "Ginnesin Rekordlar Kitabı"na düşən yeni dünya rekorduna imza atıb.
Musavat.com xəbər verir ki, o, yalnız dişlərinin gücü ilə 700 tonluq gəmini çəkə bilib.
“Al Khaleej” qəzetinin məlumatına görə, uğurlu cəhd Misirin məşhur kurort şəhəri Hurqadanın çimərliyində həyata keçirilib. Əşrəf Məhəmməd bu məkanı seçərək, həm də rekordun bölgəyə turist cəlb edəcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, bu rekord əvvəllər çəkisi 600 tondan çox olan gəmini 16 metrdən çox məsafəyə çəkmiş ukraynalı idmançı Oleq Skavışın nailiyyətini üstələyir.
Musavat.com
28 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ