İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan Türkiyənin KAAN qırcılarına SANKSİYA

ABŞ Konqresi Türkiyənin ən yeni beşinci nəsil döyüş təyyarəsi “KAAN” üçün mühərriklərin çatdırılmasını bloklayıb.

Musavat.com xəbər verir ki, Türkiyə hərbi təyyarələrini təchiz etməli olan “General Electric” F110 mühərriklərinin ixrac lisenziyası dayandırılıb.

Məsələ Ankaranın Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemləri alması səbəbindən tətbiq edilən CAATSA sanksiyaları ilə bağlıdır.

ABŞ prezidenti Donald Tramp sanksiyaları aradan qaldırdığını açıqlasa da, Konqresin razılığı olmadan sanksiyanın tam götürülməsi mümkün deyil.

Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib ki, bu cür qərarlar NATO müttəfiqləri arasında müdafiə ticarətinə ciddi maneələr yaradır:

"Amerika mühərriklərinin tədarük edilməməsi qərarı geri alınmasa, Ankara beşinci nəsil qırıcı layihəsi üçün alternativlər axtarmağa hazırdır".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR