İnsanlara hürriyət, millətlərə istiqlal!

Dostluq deyiləndə ilk ağla gələn 4 BÜRC - Onların yanında özünüz olmaqdan çəkinməyin

Astrologiyaya görə, 4 bürc var ki, süni davranışlardan uzaq, etibarlı və səmimi dostlar olaraq tanınırlar. Onlarla qurulacaq dostluqlar həyatınızın ən dəyərli və güvənli əlaqələrindən biri ola bilər.

Musavat.com səmimi və real davranışları ilə seçilən 4 bürcü təqdim edir:

OĞLAQ BÜRCÜ

Torpaq ünsürünə məxsus olan Oğlaq bürcü dürüst, məsuliyyətli və reallıqla ayaqlaşan xarakterləri ilə tanınırlar. Onlar həyata praktik yanaşırlar və emosional qarışıqlıqlara qapılmaq əvəzinə, məntiqli həll yolları tapmağa çalışırlar.

Nə düşünürlərsə, açıq şəkildə ifadə edirlər. Bu səbəbdən onlara etibar etmək asandır. Əgər bir Oğlaq bürcündən dostunuz varsa, daim dürüst tənqidlər və realist bir baxış bucağı alacağınıza əmin ola bilərsiniz.

QIZ BÜRCÜ

Torpaq ünsürünün digər nümayəndəsi olan Qız bürcü detallara diqqət yetirməyi sevən, analitik düşüncəli insanlardır. Hadisələri emosiya ilə deyil, məntiqlə qiymətləndirməyə üstünlük verirlər.
Süni davranışlara qarşı olduqları üçün daim səmimi və açıq ünsiyyətə üstünlük verirlər.

Qız bürcü dostunuz varsa, o, sizə hər zaman gerçəkləri söyləyəcək və məntiqli məsləhətləri ilə yol göstərəcək.

OXATAN BÜRCÜ

Od ünsürünə aid Oxatan bürcü azad ruhlu, dürüst və açıq sözlü xarakteri ilə seçilir. Düşündüklərini çəkinmədən dilə gətirirlər və süni davranışlar onlara yad bir şeydir. Optimist və pozitiv təbiətləri sayəsində ətraflarına həmişə enerji saçırlar.

Oxatan bürcündən olan bir dostla hər zaman rahat və özünüz kimi ola bilərsiniz. Onların səmimiyyətinə tam etibar edə bilərsiniz.

DOLÇA BÜRCÜ

Hava ünsürünün fərqli, idealist və müstəqil nümayəndəsi olan Dolça bürcü sosial normalara və stereotiplərə çox da əhəmiyyət vermir. Öz düşüncə və dəyərləri ilə yaşayan bu insanlar süni davranışlardan uzaq dururlar. Onlar üçün dürüstlük və səmimiyyət ən vacib dəyərlərdəndir.

Əgər Dolça bürcündən bir dostunuz varsa, o, sizə hər zaman fərqli bir baxış bucağı təqdim edəcək və sizi olduğunuz kimi qəbul edəcək. Onların yanında özünüz olmaqdan çəkinməyəcəksiniz.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 May 2025

BÜTÜN XƏBƏRLƏR