İnsanlara hürriyət, millətlərə istiqlal!

Druzlar İsraillə birbaşa humanitar dəhliz tələb edir

Suriyanın cənubundakı druzların humanitar vəziyyəti pisləşib.

Musavat.com xəbər verir ki, bu iddia ilə İsrail Druzi icmasının lideri Şeyx Müvəffək Tarif “Əl Hadath” TV-də çıxış edib.

O, Əs-Suveyda əyalətində pisləşən humanitar vəziyyətə beynəlxalq ictimaiyyətin təcili tədbirlər görməsini tələb edib.

İcma lideri avqustun 19-da Parisdə ABŞ-ın xüsusi nümayəndəsi Tom Barakla görüşdüyünü deyib:

"Söhbət əsnasında mən amerikalı vasitəçiyə Əs-Suveyda ilə İsrailin druz bölgələri arasında humanitar dəhliz açılması tələbimizi çatdırdım".

Tarif iddia edib ki, suriyalı druzlar “mühasirə altındadır və bu, onların yaşayış şəraitinə mənfi təsir göstərir”:

“Biz sülh, xalqımıza qarşı hücumların dayandırılması və əsir götürülən bütün vətəndaşların azad edilməsini istəyirik”.

Səudiyyə Ərəbistanının “Asharq al Awsat” qəzetinin yazdığına görə, iyul ayında 1600-dən çox insanın ölümünə səbəb olan klanlararası toqquşmalar Suriyanın cənubunda su və elektrik təchizatında fasilələrə, həmçinin ərzaq, dərman və yanacaq çatışmazlığına səbəb olub.

Bundan əvvəl Əs-Suveyda şəhərində humanitar yardımın artırılması və əhaliyə ərzaq və zəruri malların çatdırılması üçün İsraillə dəhlizin açılması tələbi ilə kütləvi nümayişlər keçirilib. Nəşrin məlumatına görə, Əl-Kərəmə meydanında etirazçılar İsrail bayraqları və Suriya hakimiyyətinin separatçı mövqelərdə ittiham etdiyi yerli radikal Şeyx Hikmət əl-Həcərinin portretləri ilə küçələrə çıxıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR