İnsanlara hürriyət, millətlərə istiqlal!

Dubay görüşü və Zəngəzur dəhlizinə nəzarət:ABŞ-ın təklifinə Bakının münasibəti necə olacaq?

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçiriləcək. 

Görüşün baş tutması gözlənilirdi. Belə ki, öncə “Middle East Eye” nəşri iddia etdi ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan iyulun sonunda Dubayda görüşə bilər. Son olaraq isə “Hraparak” qəzeti yazıb ki, ABŞ Ermənistana sülh müqaviləsi ilə bağlı təzyiq göstərir.

Məsələ ilə bağlı News24.az-a danışan politoloq Turan Rzayev bildirib ki, bu dəyişiklik təsadüfi deyil. Onun sözlərinə görə, həm Ermənistanın, həm də Azərbaycanın razılaşa biləcəyi təhlükəsiz məkanın seçilməsi zərurətə çevrilmişdi:

"Bu baxımdan Dubay – konkret olaraq Əbu-Dabi – nə tarixi komplekslərə, nə də imperial ambisiyalara malik olmayan bir mühit təklif edir. “Bitirici məkan”a çevirir. Hraparak” nəşrinin iddiasına görə, ABŞ və Qərb Dubay görüşündə ciddi maraqlıdır və bu görüşdə sülh sənədinin imzalanmasını istəyirlər. Məlumatda deyilir ki, Tramp administrasiyası Zəngəzur dəhlizinə nəzarət məsələsində İrəvan və Bakıya yeni təkliflər təqdim edib. Bu təkliflər arasında dəhlizə ABŞ və ya onun müəyyən edəcəyi təşkilat vasitəsilə texniki nəzarətin həyata keçirilməsi də var".

Politoloqun fikrincə, Azərbaycan üçün bu görüşün baş tutması problem yaratmır, çünki Bakı üçün əsas kritik məsələ artıq həllini tapıb:

"Hazırda gündəmdə olan məsələlər Zəngəzur dəhlizi, maneəsiz hərəkətin təmin olunması və yekun sülh müqaviləsinin imzalanmasıdır. Bununla belə, narahatlıq doğura biləcək məqamlar da var".

Rzayev xatırladır ki, bu, ABŞ-ın Zəngəzur bölgəsinə ilk marağı deyil. Hələ 1918–1920-ci illərdə də Naxçıvan və Zəngəzurla bağlı beynəlxalq müzakirələrdə ABŞ-ın adı keçib və hətta bəzi variantlarda Naxçıvanın beynəlxalq mandatla idarə olunması, o cümlədən ABŞ-a verilməsi təklif olunub:

"İndi, bir əsr sonra, eyni coğrafiyada ABŞ yenidən önəmli texniki nəzarət təklif edir. Bu təklifin Bakı tərəfindən qəbul olunub-olunmayacağı sual altındadır. Çünki Zəngəzur dəhlizi Azərbaycanın yalnız texniki deyil, həm də geoiqtisadi güc mərkəzinə çevrilməsi baxımından kritik əhəmiyyət daşıyır. Rzayev hesab edir ki, Azərbaycan bu məsələdə güzəştlərə hazır ola bilər, lakin bu güzəştlərin hansı qarşılıqla ediləcəyi müəyyənedici olacaq".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR