Onlayn ictimai-siyasi qəzet
Beynəlxalq münasibətlərdə neoliberalizm nəzəriyyəsinin banilərindən sayılan və “yumşaq güc” anlayışının müəllifi olan amerikalı politoloq Cozef Nay 89 yaşında vəfat edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Harvard Universitetinin Con Kennedi İdarəçilik Məktəbi məlumat yayıb.
“Məşhur siyasi düşüncə adamlarından biri olan, beynəlxalq münasibətlərdə hakimiyyətin təbiətinə dair ideyaları uzun illər ərzində siyasətçilərə, akademiklərə və tələbələrə təsir göstərmiş Harvardın fəxri professoru Cozef Nay 88 yaşında dünyasını dəyişib,” – deyə məktəbin açıqlamasında bildirilib.
Cozef Nay 60 il ərzində Harvard Universitetində professor olaraq “yumşaq güc” və neoliberalizm nəzəriyyələrini inkişaf etdirib.
ABŞ prezidenti Bill Klintonun dövründə (1993–2001) Nay Müdafiə nazirinin köməkçisi və Milli Kəşfiyyat Şurasının sədri vəzifələrində çalışıb. 1995–2004-cü illərdə isə Harvardın İdarəçilik Məktəbinin dekanı olub. Onun işləyib hazırladığı “yumşaq güc” konsepsiyası dövlətlərin öz məqsədlərinə hərbi güc və məcburetmə metodları olmadan da çatmaq qabiliyyətini ifadə edir.
Musavat.com
08 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ