Onlayn ictimai-siyasi qəzet
"Qalatasaray" ulduz futbolçunu heyətinə cəlb etmək istəyir.
"Sarı-qırmızılar" "Liverpul"un oyunçusu Federiko Kyezanın transferini planlaşdırır. Bu barədə "Sabah" nəşri məlumat yayıb.
Mövsümün əvvəlində "Yuventus"dan Premyer Liqaya keçən futbolçu İngiltərə klubunda istədiyi qədər oynamaq şansı qazanmır.
Sadəcə 3 matçda meydana çıxan Kyeza cəmi 78 dəqiqə oyunda olub. Həmin müddət ərzində də nə qol vurmağı, nə də məhsuldar ötürmə verməyi bacarıb. (Offsideplus.az)
17 Sentyabr 2025
16 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ