Onlayn ictimai-siyasi qəzet
Çilinin Atakama səhrası gözlənilmədən qarla örtülüb.
Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Görüntülərə əsasən, rəsədxana əməkdaşları videonun şərhində qarın yağmasına təəccübləndiklərini bildiriblər. Onlar Atakamanın dünyanın ən quraq və yağıntısız səhrası olduğunu vurğulayaraq, bu hadisənin son dərəcə nadir olduğunu qeyd ediblər. Belə qar yağışlarının bu bölgədə on ildə bir dəfədən artıq müşahidə olunmadığı bildirilir.
Xatırladaq ki, 2024-cü ildə BMT xəbərdarlıq etmişdi: qlobal temperatur 3°C-dən çox artsa, Cənubi Avropa ölkələrində genişmiqyaslı səhralaşma riski yaranacaq. BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelinin rəhbəri Cim Skinin sözlərinə görə, bu bölgə iqlim dəyişikliyinə qarşı xüsusilə həssasdır və indiki vəziyyət davam edərsə, geridönməz ekoloji fəsadlar qaçılmaz olacaq.|Milli.Az
29 Iyun 2025
28 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ