Onlayn ictimai-siyasi qəzet
ABŞ hökuməti dünyada ilk nüvə enerjili aviadaşıyıcı olan "USS Enterprise" (CVN-65) gəmisinin utilizasiyası üçün 537 milyon dollarlıq müqavilə bağlayıb.
Musavat.com xəbər verir ki, söhbət 1961-ci ildə istifadəyə verilmiş və 2012-ci ilə qədər aktiv xidmət göstərmiş, ABŞ-ın hərbi tarixində simvola çevrilmiş aviadaşıyıcıdan gedir. Gəmi bir sıra mühüm əməliyyatlarda, o cümlədən "Soyuq müharibə" dövründə və 11 sentyabrdan sonrakı silahlı toqquşmalarda iştirak edib.
"USS Enterprise" bir ilkə imza ataraq səkkiz nüvə reaktoru ilə təchiz olunmuşdu. Onun reaktorları 2017-ci ildə çıxarılıb və zərərsizləşdirilib. Hazırda gəminin hissələrə bölünüb utilizasiya olunması planlaşdırılır.
Dəmir nəhəngin sökülməsi üzrə müqavilə "NorthStar Maritime Dismantlement Services" LLC şirkətinə həvalə olunub. İşlərin 2029-cu ilin noyabrına qədər tamamlanması nəzərdə tutulur.
Qeyd edək ki, "USS Enterprise" inşası zamanı 451 milyon dollara başa gəlmişdi, söküntü isə daha baha – 537 milyon dollara qiymətləndirilir.
Musavat.com
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ