Onlayn ictimai-siyasi qəzet
AzTV-nin “Sözümüz imzamızdır” proqramında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə keçirilmiş görüşün kadrarxası detalları təqdim olunub.
Musavat.com xəbər verir ki, olduqca maraqlı, geniş və detallı video material istər təhlilçilər, istərsə geniş ictimaiyyət üçün mühüm əhəmiyyət kəsb edir.
Kadrlarda nümayəndə heyətlərinin, media əməkdaşlarının giriş-çıxış prosesindən tutmuş, görüş otağının aksesuarlarının nizamlanmasına qədər, bütün detallar öz əksini tapıb.
Verilişdə həmçinin təhlükəsizlik protokollarının necə işlədiyi, nümayəndə heyətlərinin masada necə yerləşdirildiyi və digər diqqətçəkən nüanslar da yer alıb.
Musavat.com həmin unikal görüntüləri AzTV -yə istinadən təqdim edir.
Ümumilikdə veriliş daha genişdir və AzTv -nin xüsusi müxbiri Vüsal M.Məmmədovun təqdimatında AzTv tərəfindən efirə verilib.
Musavat.com
16 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ