İnsanlara hürriyət, millətlərə istiqlal!

Əbu-Dabidə tarixi görüş: Türkiyə danışıqları yaxından izləyir

Türkiyə Azərbaycan və Ermənistan arasında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə başlanan sülh danışıqlarını diqqətlə izləyir.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BƏƏ lideri şeyx Məhəmməd bin Zayed Əl-Nəhyanla telefon danışığı zamanı bildirib.

Türkiyə liderinin sözlərinə görə, Ankara Cənubi Qafqazda sabitliyin təmin olunması istiqamətində səyləri dəstəkləməyə davam edəcək.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin yaydığı məlumatda qeyd olunur ki, telefon danışığı zamanı Ərdoğan “Terrorsuz Türkiyə” prosesi çərçivəsində həm ölkənin, həm də regionun gündəmindən terrorizmin tamamilə çıxarılması istiqamətində mühüm addım atıldığını vurğulayıb. O, Ankaranın bölgədə terrorizmin bütün təzahürlərinə qarşı mübarizəni davam etdirməkdə qərarlı olduğunu bildirib.

Əl-Nəhyan isə “Terrorsuz Türkiyə” təşəbbüsünün regionda təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verəcəyinə inandığını bildirib və Türkiyəyə bu prosesi uğurla tamamlamağı arzulayıb.

Xatırladaq ki, iyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqlar keçirilib. Görüş zamanı sülh gündəliyinin əsas istiqamətləri – sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, eləcə də sülh sazişi məsələləri müzakirə olunub. Tərəflər danışıqların müxtəlif işçi qruplar formatında və daha yüksək səviyyədə davam etdirilməsi barədə razılığa gəliblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR