İnsanlara hürriyət, millətlərə istiqlal!

ECO-nun gələcəyi Qarabağdan başlayır – Zirvədə Azərbaycanın liderliyi rəsmiləşdi

"Xankəndi şəhərində keçiriləm İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT, ECO) 17-ci Zirvə Görüşü siyasi, iqtisadi və mənəvi baxımdan Azərbaycanın suverenliyini və regional çəkisininümayiş etdirən çoxqatlı bir mesajdır".

Musavat.com bildirir ki, bu barədə iqtisadçı Eldəniz Əmirov deyib.

İqtisadçı qeyd edir ki, İƏT-ın siyasi nüfuzu iqtisadi çəkisindən xeyli böyükdür.

Eldəniz Əmirov (@MirovEld) / X

"Təşkilata üzv olan ölkələr dünya əhalisinin təxminən 8 faizini təşkil edir. Onların ümumi nominal ÜDM-si 2,6 trilyon dollar civarındadır. Bu, qlobal iqtisadiyyatın 8–9%-nə yaxın olsa da,təşkilatn siyasi və geo-iqtisadi çəkisi bu faizlə ölçülə bilməz. İƏT-in üzvləri həm enerji bazarlarında, həm nəqliyyat dəhlizlərində, həm də regional təhlükəsizlik məsələlərində söz sahibi olan dövlətlərdir. Son on ildə təşkilata üzv ölkələrdə iqtisadi artım qlobal ortalamanı 1 faiz bəndindən daha çox üstələmişdir. Bu göstərici regionun artan dinamizmini ortaya qoyur", deyə Eldəniz Əmirov bildirib.

İqtisadçı Zirvə Görüçünün gündəliyinə də toxunaraq bildirib ki, tədbirdə müzakirə olunan mövzular Azərbaycanın elan etdiyi milli prioritetlərə tam uyğundur:

"Burada regional ticarət, rəqəmsal gömrük sistemləri, nəqliyyat infrastrukturunun genişləndirilməsi, enerji təhlükəsizliyi, iqlim dəyişikliklərinə qarşı birlik və s. mövzular müzakirə ediləcəkdir. Yeri gəlmişkən Azərbaycaın n ev sahibliyindənbaşqa həm də bir yolgöstərən mövqedə olacağı şübhəsizdir.

Beləliklə, bu Zirvə Görüşü diplomatiyanın xəritəsində baş verən dəyişikliyin simvolu hesab edilə bilər və ən əsası bu dəyişikliyin önündə Azərbaycan gedir".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR