Onlayn ictimai-siyasi qəzet
“Everton” və “Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi alkoqol asılılığı ilə üzləşdiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, bu barədə futbolçu “Goal” nəşrinə müsahibəsində danışıb.
O bildirib ki, çətin günlərində ona ən böyük dəstəyi həyat yoldaşı verib:
“Dolu bir həyat yaşamaq, dostlarla vaxt keçirmək istədim, amma çox uzağa getdim. Alkoqolla mübarizə apardığım vaxtlar olub. Kömək istəyə biləcəyimi düşünmürdüm və yük olmaq istəmirdim”, – Runi etiraf edib.
Əfsanəvi hücumçu qeyd edib ki, ailəsinin dəstəyi və həyatını dəyişmək arzusu ona bu asılılıqdan qurtulmağa və normal həyata qayıtmağa imkan verib.
Musavat.com
27 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ