İnsanlara hürriyət, millətlərə istiqlal!

DİN-in hərbi qulluqçuları və polis əməkdaşları Zəfər parkını ziyarət etdi - VİDEO

Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları Zəfər parkını ziyarət edib.

Bu barədə Musavat.com-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Daxili İşlər Nazirliyinin gənc polis əməkdaşları və hərbi qulluqçuları 44 günlük Vətən müharibəsində respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.

Şəxsi heyət xatirə daşının önünə gül dəstələri düzüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR