Onlayn ictimai-siyasi qəzet
“Elektron Resept Sistemində texniki nasazlıqlar və ya funksional çətinliklər müşahidə olunduqda, ilkin olaraq istifadəçi – istər həkim, istərsə də sistem operatoru – problemin xarakterini dəqiqləşdirməli və mümkün olduğu qədər texniki səbəbi müəyyən etməyə çalışmalıdır”.
Musavat.com xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova açıqlayıb.
Onun sözlərinə görə, əgər nasazlıq istifadəçinin öz cihazı, internet bağlantısı və ya proqram təminatı ilə əlaqəli deyilsə, bu halda yaranmış nasazlığın aradan qaldırılması məqsədilə Səhiyyə Nazirliyinin Elektron Səhiyyə Mərkəzinin rəsmi dəstək kanalları kimi fəaliyyət göstərən 814 Çağrı Mərkəzinə zəng edilməsi, e-poçt vasitəsilə [email protected], eyni zamanda whatsapp xəttindən 055 531 38 28 nömrəsinə yazılı şəkildə müraciət edilməsi tövsiyə olunur:
“Texniki problem yarandıqda təfərrüatlı şəkildə qeydə alınması, xəta mesajının məzmunu, sistemə daxilolma tarixi, istifadə olunan cihaz və əməliyyat sistemi kimi texniki məlumatlar qeyd edilməlidir. Müraciətdə problemin mümkün qədər konkret təsviri Elektron Səhiyyə Mərkəzi tərəfindən daxil olan müraciətlər sistemi üzrə qeydiyyata alınır və mümkün olan ən qısa müddət ərzində araşdırılır. Nasazlığın səviyyəsindən asılı olaraq, texniki qrup məsələni yerində və ya məsafədən müdaxilə yolu ilə həll edir”.
Mütəxəssis sonda qeyd edib ki, bu yanaşma sistemin fasiləsiz fəaliyyətinin təmin olunmasına, tibbi xidmətlərin keyfiyyətinin qorunmasına və istifadəçi məmnuniyyətinin yüksəldilməsinə yönəlib:
“Elektron Resept Sistemi üzrə texniki dəstək proseslərinin davamlı təkmilləşdirilməsi səhiyyə sistemində rəqəmsal transformasiyanın effektivliyini artıran əsas elementlərdən biridir”.
06 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ