Onlayn ictimai-siyasi qəzet
Gəncədə qətlə yetildiyi deyilən Elgün İbrahimovun ölümü ictimaiyyət arasında dərin hiddət və kədər doğurub. Hadisə sosial şəbəkələrdə və media orqanlarında böyük rezonans yaradıb.
Musavat.com xəbər verir ki, faciəvi şəkildə həyatını itirən Elgün İbrahimovun xəstəxanada çəkilmiş son görüntüləri sosial şəbəkədə yayılıb Məlumata görə, o, ağır bədən xəsarətləri ilə tibb müəssisəsinə çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı istintaq aparılır.
Videonu təqdim edirik:
Musavat.com
19 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ